Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ağır xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan Kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadə həm xəstəliyə də qalib gəlib, həm də Olimpiada da qızıl medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.
Belə ki, Emin Mustafazadə 8-ci sinifdə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olub. Sonra o, xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalıb və böyük mübarizələr aparıb.
Emin bu günlərdə 9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.
O, həmçinin 7-ci sinifdə Respublika Fənn Müsabiqəsindən də qızıl medal qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.