AZ

Qəhvənin yeni faydaları ortaya çıxdı

Qəhvənin enerji verməklə yanaşı, bağırsaq mikrobiomunu tənzimləyərək stress, depressiya və yaddaşa birbaşa təsir göstərdiyi müəyyən edilib.

Metbuat.az xəbər verir ki, irlandiyalı mütəxəssislərin 62 nəfərin iştirakı ilə apardığı araşdırmada gündə 3-5 fincan qəhvə içən şəxslərin bu vərdişi müvəqqəti dayandırması nəticəsində bağırsaq bakteriyalarında dəyişikliklər müşahidə olunub. Qəhvə yenidən rasiona daxil edildikdə isə iştirakçılar daha aşağı stress və depressiya səviyyəsi qeyd ediblər. Tədqiqat həmçinin göstərib ki, qəhvə bəzi faydalı bakteriyaların artmasına səbəb olur. Alimlərə görə, bu təsirlər yalnız kofeinlə bağlı deyil, qəhvənin tərkibindəki digər maddələr də beyin funksiyalarına müsbət təsir göstərir.Bundan əlavə, kofeinsiz qəhvənin yaddaşı gücləndirdiyi, kofeinli qəhvənin isə diqqəti artırdığı qeyd olunur.

Mütəxəssislər hesab edir ki, qəhvə balanslı qidalanmanın bir hissəsi kimi istifadə olunduqda psixi və fiziki sağlamlığa əlavə fayda verə bilər.

Seçilən
28
metbuat.az

1Mənbələr