AZ

Ankara Universitetinin müəllimi: Muğamın öyrənilməsinə fəal töhfə verməyə hazırıq

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ankara, 6 may, AZƏRTAC

Türkiyədə muğamın öyrənilməsinə fəal şəkildə töhfə verməyə hazırıq.

Bu barədə AZƏRTAC-a Ankara Musiqi və Təsviri Sənət Universitetinin (MGÜ) müəllimi, tarzən Devrim Aycan bildirib. Onun rəhbərliyi ilə Türkiyə paytaxtının universitetində artıq ikinci ildir ki, muğam sənətinin öyrənməsi ilə məşğul olan qrup fəaliyyət göstərir.

Onun sözlərinə görə, qrupun yaradılması ilə universitet tələbələri arasında Azərbaycan musiqisinə maraq xeyli artıb. “Bu gün 20 istedadlı gənc musiqiçi universitetimizdə muğamın əsaslarını öyrənir. Qardaş ölkənin mədəniyyətinə göstərilən diqqəti nəzərə alaraq, Azərbaycandan ustadları Ankaraya dəvət etmək və MGÜ-də Muğam Günləri təşkil etmək qərarına gəldik”, - deyə o bildirib.

Tarzən həmçinin MGU tələbələrindən ibarət muğam pərəstişkarları üçün bu qədim sənət növünün Vətəni olan Azərbaycana səyahət təşkil etmək planlarını da bölüşdü. “Biz muğamın və ümumiyyətlə Azərbaycan musiqisinin öyrənilməsi işini davam etdirmək əzmindəyik. MGÜ-nün Türkiyədə muğamın populyarlaşdırılmasında ön sıralarda olmasına çox şadıq”, - deyən Ankara universitetinin müəllimi muğamın öyrənilməsinə dair təşəbbüslərə Azərbaycan tərəfindən davamlı dəstəyə ümid etdiyini bildirdi.

Xatırladaq ki, aprelin 5-6-da MGÜ-də Muğam Günləri keçirildi, onun çərçivəsində ustad dərsləri və Azərbaycan sənətçilərinin iştirakı ilə konsert baş tutdu. Proqram Azərbaycan Milli Konservatoriyası ilə MGÜ arasında imzalanmış Əməkdaşlıq Memorandumu kontekstində təşkil olunmuşdu.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
azertag.az

2Mənbələr