“Neftçi”nin futbolçusu Dieqo Varqasın Azərbaycan Premyer Liqasının 30-cu turunda “Karvan-Yevlax”a vurduğu qol sosial şəbəkələrdə böyük marağa sahib olub.
İdmanxeber.az-ın məlumatına görə, klubun “instagram” hesabından paylaşılan qola 15 milyondan çox baxış gəlib. Bu, Azərbaycan futbolu tarixində ən çox izlənən videolardan biri olub.