ABŞ hərbçiləri Oman körfəzində İran bayrağı altında hərəkət edən “Hasna” tankerini vurub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.
CENTCOM-un bildirdiyinə görə, İran limanına doğru hərəkət edən tanker mayın 6-da ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına tabe olmayıb və buna görə məcburetmə tədbirləri tətbiq edilib.
Qurumun açıqlamasında qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 “Super Hornet” qırıcı-bombardmançısı “Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxaraq tankerin sükan idarəetmə sistemini 20 millimetrlik top atəşi ilə sıradan çıxarıb.Nəticədə tanker hərəkətsiz vəziyyətə salınıb və İran istiqamətində hərəkətini davam etdirə bilməyib.