AZ

​Fransa nəhəngi Barışa elçi düşdü

Fransanın “Monako” klubu “Qalatasaray”ın gənc ulduzu Barış Alper Yılmazın xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV Fransa nəhənginin bu mövsüm “Qalatasaray” forması ilə parlaq çıxış edən Barış Alper Yılmaza maraq göstərdiyini yazıb. Məlumata görə, “Monako” oyunçunun transferi üçün ciddi addımlar atmağa hazırlaşır. “Qalatasaray” rəhbərliyi isə milli futbolçunu asanlıqla buraxmaq fikrində deyil. Klub Barış üçün 50 milyon avro transfer qiyməti müəyyən edib. Bu məbləğdən aşağı təkliflər müzakirə olunmayacaq.

Qeyd edək ki, Barış Alper Yılmaz “Qalatasaray” forması ilə 48 oyuna çıxıb. O, rəqib qapıçıları 12 dəfə məyus edib və 15 qolun ötürməsini verib.

Seçilən
14
metbuat.az

1Mənbələr