AZ

İran ABŞ-nin təklifinə reaksiya verməyib -

ABŞ mediasında Tehran və Vaşinqtonun razılığa yaxın olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.Metbuat.az xəbər verir ki, bu barədə “Tasnim” Xəbər Agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İran hələ də qəbuledilməz bəndlər ehtiva edən ABŞ təklifinə rəsmi cavab verməyib. Qeyd olunur ki, “Axios”da yayılan tərəflərin bir səhifəlik anlaşmaya yaxın olması ilə bağlı iddialar da doğru deyil. ABŞ tərəfi Donald Trampın qəbuledilməz saydığı əvvəlki İran təklifindən sonra yeni plan təqdim etsə də, Vaşinqtonun addımları danışıqların ləngiməsinə səbəb olub.

Eyni zamanda, İranın təklifi yenidən nəzərdən keçirdiyi və cavabını vasitəçi Pakistan üzərindən çatdıracağı bildirilir.

Seçilən
34
36
metbuat.az

10Mənbələr