AZ

Sinqapurda ŞOK QƏRAR: Bullinq edən şagirdlər çubuqla DÖYÜLƏCƏK

Sinqapurda bullinqə görə məktəblilərin çubuqla döyülməsinə icazə verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Sinqapurda məktəblərdə zorakılıq (bullinq) ilə mübarizə üçün radikal bir qərar qəbul edilib.

Bundan sonra 9 yaşından yuxarı oğlan şagirdlərə qarşı cəza olaraq çubuqla döymə metodundan istifadə ediləcək.

Yeni qayda kiberbullinq hallarına da şamil olunur.

Tələbələrə maksimum üç zərbə endirilə bilər, lakin bu “son çarə” kimi qiymətləndirilir və yalnız məktəb direktorunun razılığı ilə mümkündür.

Cəzalandırılan şagirdlər nəzarət altında saxlanılacaq və məcburi qaydada məsləhət (psixoloji dəstək) üçün yönəldiləcəklər.

Maraqlıdır ki, bu cəza növü qızlara tətbiq edilməyəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
interpress.az

1Mənbələr