AZ

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılacaq

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Dostlar" serialının mərhum ulduzu Metyu Perrinin şəxsi əşyaları ABŞ-də hərraca çıxarılacaq.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Hərracda serialın 26 orijinal ssenarisi də yer alacaq. Ssenarilər aktyorun və həmkarlarının – Cennifer Eniston, Kortni Koks, Liza Kudrou, Mett LeBlank və Devid Şvimmerin imzaları ilə birlikdə təqdim olunacaq.

Satışa çıxarılan əşyalar arasında “Son Şam yeməyi epizodu” adlı fotoalbom, arxa tərəfində “Cennidən” qeydi olan məktub, 1995-ci ildə “Chandler” roluna görə aldığı "Ekran Aktyorları Gildiyası" mükafatı və şəxsi kolleksiyasına aid "Banksy" və "Mel Bochner" əsərləri də var.

Əşyalar 18–29 may tarixlərində Beverli Hillzdə yerləşən "Heritage Auctions" sərgi salonunda nümayiş olunacaq. Bütün gəlirlər "Matthew Perry Foundation"a ianə ediləcək.

Qeyd edək ki, Metyu Perri uzun illər alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb. O, 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində, cakuzi içində ölü tapılıb. Ekspertiza onun ölüm səbəbini ketaminin həddindən artıq dozada qəbulu ilə əlaqələndirib.

Perri depressiyanı müalicə etmək üçün bir neçə həftə ərzində ketamin inyeksiyaları qəbul edib. Klinikada dozanın artırılmasına icazə verilmədikdə, o, preparatı qeyri-leqal yolla əldə etməyə başlayıb.

Xatırladaq ki, Metyu Perrinin ölümündə təqsirli bilinən həkim Salvadora Plasensiya 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
axsam.az

1Mənbələr