AZ

Perrinin şəxsi əşyaları hərraca çıxarılacaq

“Friends” serialının mərhum ulduzu Matthew Perrinin şəxsi əşyaları ABŞ-də hərraca çıxarılacaq.

"Unikal" xəbər verir ki, satışa serialın 26 orijinal ssenarisi (aktyor heyətinin imzaları ilə), fotoalbom, şəxsi məktub, 1995-ci il Screen Actors Guild Award mükafatı və Banksy ilə Mel Bochnerə aid əsərlər daxildir.

Əşyalar 18–29 mayda Beverli-Hillzdəki Heritage Auctions salonunda nümayiş olunacaq, gəlir isə Matthew Perry Foundationa bağışlanacaq.

Qeyd edək ki, aktyor 2023-cü ilin oktyabrında Los-Ancelesdə vəfat edib.

Seçilən
50
unikal.az

1Mənbələr