AZ

Tramp: İranın raket arsenalının böyük hissəsi məhv edilib

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranın raket arsenalının böyük hissəsinin məhv edildiyini iddia edib.

Modern.az xəbər verir ki, Tramp İranla aparılan danışıqlardan danışarkən bildirib ki, Tehranın əvvəlki raket potensialının təxminən 18-19 faizi qalıb.

“Biz onlarla yaxşı danışdıq, amma ertəsi gün sanki əvvəlki söhbəti unutdular. Onlar qürurludurlar”, - deyə o qeyd edib.

Tramp vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək və Tehran da bununla razılaşıb.

“Roma Papasını sevindirib-sevindirməməyimdən asılı olmayaraq, İranın nüvə silahı olmamalıdır”, - deyə ABŞ Prezidenti əlavə edib.

O, həmçinin bildirib ki, İranla razılaşma əldə olunacaq, lakin bu proses üçün konkret son tarix müəyyən edilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
modern.az

1Mənbələr