AZ

Zelenski: Parad artıq Ukraynadan asılı vəziyyətə düşüb

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 9 May paradının artıq Ukraynadan asılı vəziyyətə düşdüyünü bildirib.

Modern.az xəbər verir ki, Zelenski Rusiyanın atəşkəslə bağlı təklifə yeni hücumlarla cavab verdiyini deyib.

Onun sözlərinə görə, Donetsk, Xarkov, Dnepropetrovsk, Sumı, Çerniqov, Zaporojye və Xerson vilayətlərindən gün ərzində davamlı zərbə xəbərləri daxil olub.

“Rusiya hərbi fəaliyyətinin heç bir növünü dayandırmayıb. Ukrayna da güzgü prinsipi ilə hərəkət edəcək”, - deyə o vurğulayıb.

Zelenski bildirib ki, Kiyev Moskvaya tam atəşkəs və diplomatik həll təklifi verib və Rusiya tərəfi əlaqə yollarını yaxşı bilir.

“Əgər Moskvadakı bir nəfər üçün yalnız parad vacibdirsə, bu başqa məsələdir. Rusiya müharibəni elə həddə çatdırıb ki, artıq onların əsas paradı da bizdən asılıdır”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
modern.az

1Mənbələr