AZ

İrandan yeni hədə

Hörmüz boğazı ətrafında gərginlik davam edir. Ancaq maraqlıdır ki, qlobal iqtisadiyyat deyəsən buna da yavaş-yavaş öyrəşməyə başlayıb. Hər halda, neftin qiymətində əvvəlki ciddi dalğalanmanın olmaması belə qənaət yaradır.

Publika.az xəbər verir ki, bu arada İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Hörmüz boğazında hərbi-siyasi vəziyyətin dəyişdiyini və bölgədə yeni bir reallığın formalaşdığını bəyan edib. Bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Qalibaf qeyd edib ki, Hörmüz boğazındakı yeni vəziyyət tədricən stabilləşir: “Atəşkəsin pozulması və blokadanın tətbiqi səbəbindən ABŞ və müttəfiqləri tərəfindən həyata keçirilən gəmiçilik və enerji resurslarının tranzitinin təhlükəsizliyi təhdid altına düşüb. Lakin onların vurduğu zərər getdikcə azalacaq”.

İran rəsmisi həmçinin vurğulayıb ki, mövcud vəziyyətin saxlanılması Vaşinqton üçün qəbulolunmazdır. Spiker paylaşımını bu sözlərlə tamamlayıb: "Biz yaxşı bilirik ki, mövcud status-kvonun qorunması ABŞ üçün qeyri-mümkündür, halbuki biz hələ hərəkətə keçməmişik”.

Prezident Donald Tramp isə sosial şəbəkədə etdiyi son paylaşımında ölkəsinin silahlı qüvvələrinin tam hazır vəziyyətdə olduğunu vurğulayıb. O bildirib ki, ABŞ ordusu istənilən ssenariyə cavab verəcək gücdədir. “Biz ya düzgün bir razılaşma əldə edəcəyik, ya da hərbi baxımdan çox asanlıqla qalib gələcəyik. ABŞ müharibəyə qayıtsa, 2-3 həftə ərzində məqsədlərinə nail olacaq”, - Tramp vurğulayıb.

Bəs Qalibaf nəyə işarə edir? Ümumiyyətlə, getdikcə Tehranın hədələrinin kəsəri azalır söyləyə bilərikmi? Blokada ilk olaraq hansı tərəfi sındıracaq?

Seçilən
66
publika.az

1Mənbələr