AZ

Avokado ömrü uzada bilərmi? - Yeni araşdırma aydın nəticə ortaya qoydu

Pensilvaniya Dövlət Universiteti alimlərinin apardığı araşdırma göstərir ki, gündə bir Avokado istehlakı qidalanma keyfiyyətini yaxşılaşdıra bilər. Tədqiqatda 1000-dən çox iştirakçı 26 həftə ərzində izlənilib və avokado qəbul edən qrupun daha sağlam qida seçimlərinə üstünlük verdiyi müəyyən edilib.

Day.Az xəbər verir ki, araşdırmaya rəhbərlik edən Kristina Petersen bildirib ki, iştirakçılar avokadonu daha az faydalı məhsullar - xüsusilə rafinə olunmuş taxıllar və yüksək duzlu qidalar - ilə əvəz ediblər.

Bu dəyişiklik ümumi qidalanma balansını yaxşılaşdırıb və daha çox lif, vitamin və faydalı yağların qəbuluna səbəb olub.

Alimlər qeyd edir ki, sağlam qidalanma ürək xəstəlikləri, Tip 2 diabet və böyrək problemləri riskini azalda bilər. Nəticə olaraq, avokado birbaşa ömrü uzatmasa da, daha keyfiyyətli qidalanma vasitəsilə sağlam həyat müddətinin artmasına töhfə verə bilər.

Seçilən
62
day.az

1Mənbələr