AZ

ABŞ İrandan uranın zənginləşdirilməsinə 20 illik moratorium istəyir



Vaşinqton Tehranın 20 il ərzində uranı zənginləşdirməsini dayandırmasını istəyir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ İranda uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyə çalışır və İslam Respublikasında saxlanılan bütün zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını tələb edir. WSJ-nin məlumatına görə, ABŞ administrasiyası həmçinin İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramı ilə bağlı yeraltı işlərin qadağan edilməsində və yoxlamaların aparılmasında israr edir.

Xatırladaq ki, CNN bir müddət əvvəl mənbələrə istinadən Vaşinqton və Tehranın İranda uranın zənginləşdirilməsinə 10 ildən çox müddətə moratorium qoyulması ehtimalını müzakirə etdiyini bildirmişdi .

Anar
Seçilən
47
3
newscenter.az

8Mənbələr