Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, həmyaşıdlar arasında mübahisə zamanı şəhər sakini, 2012-ci il təvəllüdlü S.H. bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.