AZ

14 yaşlı yeniyetmə bıçaqlandı 

Gəncədə yeniyetmə bıçaqlanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, həmyaşıdlar arasında mübahisə zamanı şəhər sakini, 2012-ci il təvəllüdlü S.H. bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Seçilən
16
2
manset.az

3Mənbələr