AZ

Bakının mərkəzi küçəsi 1 gün tam bağlı olacaq

Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Seçilən
7
17
buta.tv

10Mənbələr