AZ

“Tesla”dan şok qərar: yüz minlərlə avtomobil geri çağırılır

ABŞ-də elektrik avtomobil nəhəngi "Tesla" yüz minlərlə avtomobili geri çağırmaq məcburiyyətində qalıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, geri çağırılma ABŞ bazarında satılan təxminən 220 min avtomobili əhatə edir. Buna səbəb arxa görüntü kamerasında aşkarlanan texniki nasazlıqdır. Belə ki, sürücü avtomobili geriyə hərəkət rejiminə keçirərkən kameranın görüntüsü gecikmə ilə ekranda görünə bilər.

Problem "Tesla Model 3", "Tesla Model Y", "Tesla Model S" və "Tesla Model X" modellərinə aiddir.

Şirkət nasazlığın proqram təminatının yenilənməsi ilə aradan qaldırılacağını açıqlayıb. Lakin ABŞ tənzimləyici orqanlarının qaydalarına əsasən, yol hərəkəti təhlükəsizliyinə təsir göstərə biləcək belə texniki problem rəsmi geri çağırılma səbəbi hesab olunur.

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr