AZ

SON DƏQİQƏ: Ən yaxın müttəfiqindən ABŞ a AĞIR ZƏRBƏ: Trampa “yox” dedi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı ABŞ-ın “Project Freedom” adlı əməliyyatına dəstək verməkdən imtina edib. Məqsəd Hörmüz boğazından gəmilərin təhlükəsiz tranzitinin təşkilidir.

KONKRET.az xəbər verir ki,bu barədə NBC News telekanalı ABŞ administrasiyasındakı iki anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın Truth Social platformasında əməliyyatın başladığını elan etməsi Körfəz ölkələri üçün gözlənilməz olub və Səudiyyə Ərəbistanı rəhbərliyinin narazılığı ilə nəticələnib.

NBC News bildirir ki, Ər-Riyad cavab olaraq Vaşinqtonu xəbərdar edib ki, ABŞ hərbi qüvvələrinin şahzadə Sultan aviabazasından istifadəsinə və ölkənin hava məkanından keçidinə icazə verilməyəcək.

Bundan sonra Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutsa da, tərəflər arasında yaranmış gərginliyi aradan qaldırmaq mümkün olmayıb. Nəticədə ABŞ əməliyyatı müvəqqəti dayandırmaq qərarı verib.

Mayın 5-də Donald Tramp açıqlayıb ki, Vaşinqton İranla mümkün razılaşma üzrə danışıqların uğurla nəticələnəcəyinə dair məlumat əldə olunana qədər Hörmüz boğazı ilə bağlı əməliyyatı dayandırır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
konkret.az

2Mənbələr