AZ

Lux Residence-dən şikayətlərə RƏSMİ MÖVQE

Şikayətçi bildirib ki, ərazinin və binanın satılmasından sonra “LUX RESIDENCE” tikinti şirkəti digər bina sakinləri ilə razılığa gəlsə də, onunla bağlı fərqli mövqe göstərib. Qadın hüquqlarının pozulduğunu və kompensasiyanın düzgün hesablanmadığını iddia edib.  Məsələ ilə bağlı “Lux Residence” şirkətinin hüquqşünası Saleh İskəndərov  Ajans.az-a açıqlama verib. Saleh İskəndərov şikayətçi Piruzə İbrahimovanın bütün şikayətlərinə aydınlıq gətirib. O bildirib ki, Piruzə İbrahimovaya kompensasiya təklif edilib. Lakin  razılıq əldə edilmədiyi üçün qarşı tərəf məhkəməyə müraciət etmiş və müstəqil ekspertiza aparılmışdır.  Ekspertizanın rəyi də bazar dəyərinə uyğun hesablanmışdır.  Hüquqşünas Saleh İskəndərov problemin həlli üçün atılan addımlardan da danışıb.  “Piruzə İbrahimovaya 76 kvm sahəsində təmirli mənzil təklif edilmişdir. Mənzil sakinə təhvil verilənə qədər isə, aylıq 600 manatlıq kirayə haqqı da veriləcəyi bildirilmişdir. Lakin Piruzə xanım mənzil deyil, pul kompensasiyasını istədiyi üçün bazar dəyərində də artığı təklif edilib. Hazırda da Piruzə xanımla danışıqlar aparılır. Biz, hər zaman razılığa gəlməyə və istənilən şikayətləri aradan qaldırmağa hazırıq. “

Seçilən
16
Ajans.az

1Mənbələr