AZ

ABŞ- İran müharibəsi ilə bağlı ilginc iddialar: Hər şey məhv edilib

ABŞ-İsrail münaqişəsi kontekstində İranın bölgədəki ABŞ hərbi obyektlərinə məxsus ən azı 228 hədəfi vurduğu və zərər verdiyi deyilir ki, bu da ABŞ hökumətinin əvvəllər bildirdiyi rəqəmdən xeyli çoxdur.

 Ölkə.az xəbər verir ki, bu  barədə İranın dövlət media orqanlarının, o cümlədən "Washington Post"un yaydığı məlumatda qeyd olunub.

Təsdiqlənən görüntülər İranın hava hücumlarının ABŞ hərbi obyektlərinə vurduğu ziyanın əvvəllər bildirildiyindən daha çox olduğunu ortaya çıxarıb.  

Peyk görüntülərinin təhlilinə əsaslanan xəbərdə bildirilir ki, İranın hava hücumları müharibənin başlanğıcından bəri ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərində ən azı 228 tikili və ya avadanlıq parçasına zərər vurub və ya məhv edib.
 Məlumata görə, İranaın hücumu zamanı anqarlar, kazarmalar, yanacaq anbarları, təyyarələr və vacib radar, rabitə və hava hücumundan müdafiə avadanlıqları (İran tərəfindən) hədəfə alınıb. Dağıntıların miqyası ABŞ hökuməti tərəfindən ictimaiyyətə açıqlanan və ya əvvəllər bildiriləndən daha böyükdür.

İranın hücumları Qətərdəki Əl-Udeyd hava bazasındakı peyk rabitə qurğusunu, Bəhreyndəki Riffa və İsa hava bazalarındakı Patriot raketdən müdafiə sistemlərini, Küveytdəki Əli əl-Salim hava bazasındakı ABŞ-ın 5-ci Donanmasının yerləşdiyi Bəhreyn Dəniz Dəstək Əməliyyatları Mərkəzindəki peyk antenasını, Küveytdəki Buehring düşərgəsindəki elektrik stansiyasını və üç ayrı bazada yerləşən beş yanacaq saxlama çənini hədəf alıb.
Görüntülərdə İranın dron hücumları nəticəsində çoxsaylı kazarma, anqar və ya anbarın zədələndiyi göstərilir.

Bu, ona zərər verdiyini və ya tamamilə məhv etdiyini göstərir.
ABŞ ordusunun məlumatına görə, 28 fevraldan bəri bölgədəki ABŞ bazalarına edilən hücumlarda yeddi Amerika əsgəri həlak olub, 400-dən çoxu yaralanıb.

Mürtəza

Seçilən
3
3
olke.az

4Mənbələr