ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
NOW telekanalında yayımlanan "Kıskanmak" serialının ekranlarla vidalaşacağı xəbəri pərəstişkarlarını kədərləndirib. Tamaşaçıların sosial şəbəkələrdəki etirazlarına baxmayaraq, reytinq göstəriciləri və artan xərclər layihənin dayandırılmasına səbəb olub.Demokrat.az xəbər verir ki, serialın baş rol ifaçısı Özgü Namal final qərarı ilə bağlı ilk dəfə danışıb. Məşhur aktrisa jurnalistlərin suallarını cavablandırarkən bu sonluğun gözlənilməz olmadığını vurğulayıb. O, ekran işinin vaxtından əvvəl bitmədiyini, hekayənin onsuz da bu şəkildə planlaşdırıldığını bildirib.Sevilən aktrisa Özgü Namal serialın reytinqə görə deyil, ssenari bitdiyi üçün final etdiyini açıqlayaraq müzakirələrə son qoyub.Qeyd edək ki, Səlahattin Paşalı, Hafsanur Sancaktutan və Mehmet Günsür kimi ulduzların rol aldığı "Kıskanmak" mayın 19-da, çərşənbə axşamı günü 33-cü bölümü ilə sonuncu dəfə izləyicilərin görüşünə gələcək.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.