AZ

Rus zabit kolumbiyalı muzdluların radio rabitəsini ələ keçirdiyini bildirib

Rusiya elektron kəşfiyyat vasitələri kolumbiyalı muzdluların rabitəsini ələ keçirib. Bununla da onların yerləri, marşrutları və bölmələri haqqında məlumatları əldə ediblər.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyinə “Şimal” qrupunun 14-cü ordu korpusunun 71-ci motoatıcı diviziyasının RER rotasının Topaz ləqəbli komandir müavini məlumat verib.

Zabitin sözlərinə görə, Rusiya avadanlığı həm mobil şəbəkələr, həm də radio kanallar vasitəsilə düşmən rabitəsini dinləməyə imkan verir: “Kolumbiyalı muzdlular ehtimal ki, rabitələrinin ələ keçirildiyinin fərqində olmayıblar. Onlar söhbətlərində saylarını, anbarların və nəqliyyat vasitələrinin yerləri, eləcə də yolu və marşrutların hərəkətini açıqlayıblar”.

Topaz ləqəbli komandir müavini vurğulayıb ki, ələ keçirilən məlumatlara əsasən, bu, kolumbiyalıların ayrıca bir bölməsi idi: “Onların sayı kifayət qədər çoxdur, lakin söhbətlərindən Ukraynaya pul üçün gəldikləri məlum olur. Bu muzdlular ümumiyyətlə döyüşməyi bilmirlər və hərbi əməliyyatlarda iştirak etmək üçün xüsusi istək göstərmirlər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr