AZ

ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

ƏÜO-da

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Ulusum.az-a Müdafiə Nazirliyindən bildirilib ki. mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar.Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmətdə daha da təkmilləşdirəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.

Diqqət Çəkənlər

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

Bakıda hotellərin WUF13-ə hazırlığı yoxlanılıb

Milli Onkologiya Mərkəzində baş verən partlayışda yaralanan həkim radioloq vəfat edib

Seçilən
0
4
ulusum.az

9Mənbələr