AZ

Keçmiş ərim 100 minlərlə dollar pulumu oğurlayıb FOTO

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Məşhur aktrisa Ceymi-Linn Sigler keçmiş həyat yoldaşı Eycay Diskala ilə bağlı etiraflar edib.Demokrat.az xəbər verir ki, 44 yaşlı sənətçi bu barədə xatirələrini topladığı “And So It Is” kitabında yazıb.Aktrisa keçmiş ərinin “The Sopranos” serialından qazandığı pullardan yüz minlərlə dolları ondan gizli şəkildə götürdüyünü, daha dəqiq desək, oğurladığını iddia edib. Sigler 2003-2005-ci illər aralığında evli olduğu Diskala ilə ayrıldıqdan sonra da maliyyə məsələlərində müəyyən ortaq hesabların davam etdiyini bildirib.Aktrisa “Nə qədər pulum olduğunu belə bilmirdim. Sonra ailə dostumuz olan mühasib ortaq hesablarımızı yoxlamaq istədi və yüz minlərlə dolların çatışmadığını aşkar etdi” deyib.Mühasibin araşdırmasına görə, “The Sopranos” serialından gələn gəlirlər əvvəlcə şirkət hesabına köçürülür, daha sonra ailə xərcləri üçün ortaq hesaba ötürülürdü. Lakin bu hesablardan müəyyən məbləğlərin Siglerin xəbəri olmadan başqa hesablara yönləndirildiyi müəyyən edilib.Aktrisanın iddiasına görə, bu proses uzun müddət ərzində və mütəmadi şəkildə davam edib.Sigler həmin pulların dəqiq miqdarını bu günə qədər bilmədiyini, bunun üzərinə getmək istəmədiyini də vurğulayıb: “Bu pul mənim üçün sonsuza qədər bağlamaq istədiyim bir səhifədir”.Aktrisa 22 yaşında etdiyi evliliyi də “səhv” kimi dəyərləndirib: “Sadəcə 20 yaşlarımın əvvəlində idim, kim olduğumu anlamağa çalışırdım. O zaman bu evlilik mənə bir xilasedici kimi görünürdü. Amma indi bunun böyük bir səhv olduğunu anlayıram. Bu ziddiyyəti anlamağım illər çəkdi".Qeyd edək ki, Sigler evləndiyi vaxt 22, Eycay Diskala isə 32 yaşında olub.Ceymi-Linn Sigler 1999–2007-ci illər arasında altı mövsüm “The Sopranos” serialında Meado Soprano obrazını canlandırıb. Serialda Ceyms Qandolfini, Robert Ayler, Edi Falko, Vinsent Pastore və Loren Brakko kimi aktyorlar da yer alıb.Aktrisa 2016-cı ildən bəri Kater Dikstra ilə evlidir. Cütlüyün 2013 və 2018-ci il təvəllüdlü iki övladı var.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr