Bakı-Sumqayıt qatarının 9-11 maydakı hərəkət qrafiki açıqlandı
9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə və bazar günlərinin qrafiki əsasında hərəkət edəcək.BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, sərnişinlər hərəkət qrafiklərini səhmdar cəmiyyətin saytında və ya "ADY Mobile" tətbiqində görə bilərlər.