AZ

Bundesliqa və UEFA Çempionlar Liqasının qalibi olmuş Niklas Süle karyerasını bitirib

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Niklas Süle karyerasını başa vurub.

"Far.Az" xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

Almaniya millisinin sabiq üzvü aprelin 18-də "Hoffenhaym"a uduzduqları (1:2) oyunda zədələndikdən sonra bu qərarı verib.

Xatırladaq ki, 2022-ci ildən Dortmund təmsilçisində çıxış edən Niklas Süle daha əvvəl "Bavariya"nın heyətində 5 dəfə Bundesliqanın, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Seçilən
30
4
far.az

5Mənbələr