AZ

Şaxtyor çempionluq yolunda daha bir ciddi maneəni aşdı

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son 16 çempionat oyununda məğlubiyyət tanımayan “Şaxtyor”un seriyasının əzəli rəqiblə oyunda qırılacağını güman edənlərin sayı çox idi. Ancaq “Dinamo” 13-cü dəqiqədə Ponomarenkonun gözəl qolu ilə hesabı açandan sonra dayandı. 2-ci hissədə oyunun axarı kəskin şəkildə dəyişdi, “Şaxtyor” daha kəskin hücumlar qurmağa başladı. Nəticədə iki qol vuran donetsklilər ən yaxın rəqibi LNZ ilə xal fərqini 10-a çatdırdı. Arda Turanın komandası artıq növbəti tur çempionluğu rəsmiləşdirə bilər.Liderin ən yaxın izləyicisi LNZ səfərdə “Karpatı”nın müqavimətini qıra bilmədi. Lvovluların qapıçısı Nazar Domçak ardıcıl 7-ci oyunda qol buraxmadı. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Metallist 1925” evdə “Polesye”yə uduzmaqla ağır zərbə aldı. Çox güman, məhz jitomirlilər bu yay qitə kuboklarında çıxış edəcək.Turun iki oyunu 3:3 bitdi. Bu hesab həm “Poltava” – “Krivbass”, həm də “Veres” – “Episentr” oyunlarında qeydə alındı. Səfərdə “Aleksandriya”nı darmadağın edən “Kolos” bu komandanı aşağı dəstəyə bir addım da yaxınlaşdırdı. “Obolon” – “Kudrovka” oyununda qalib müəyyənləşmədi. Turun dünən keçirilən son oyununda “Zarya” “Rux”a qalib gəldi.26-cı turDinamo – Şaxtyor 1:2Ponomarenko, 13 – Ferreyra, 50. Traore, 68.Dinamo: Neşeret, Vivçarenko, Karavayev, Mixavko, Belovar, Yarmolenko (Yatsık, 70), Buyalski (Şola, 70), Reduşko (Gerrero, 84), Mixaylenko (Pixalenok, 76), Şaparenko (Dubinçak, 84), Ponomarenko.Şaxtyor: Riznık, Qram, Matviyenko, Marlon (Vinisius, 27), Azarov (Pedro Enrike, 76), Bondarenko (Oçeretko, 63), Nazarina (Krıskiv, 46), Neverton (Prosper, 46), Ferrayra, İzaki, Traore.Karpatı – LNZ 0:0Metallist-1925 – Polesye 0:1Braqaru, 20.Poltava – Krivbass 3:3Kotsyumaka, 8. Suxoruçko, 11. Sad, 16 – Parako, 2. Sek, 7. Lin, 85. Veres – Episentr 3:3Boyko, 50. Ndukve, 54. Sipot, 87 – Sıdun, 5; 56. Mironyuk, 7. Aleksandriya – Kolos 0:3Denisenko, 24. Demçenko, 40. Zaxarkiv, 87.Obolon – Kudrovka 1:1Poleqenko, 23 – Veklyak, 90+2.Rux – Zarya 1:2Neves, 21 – Popara, 60. Budkivski, 85.1. Şaxtyor 26 19 6 1 61-17 632. LNZ 26 16 5 5 36-16 533. Polesye 26 16 4 6 45-17 524. Dinamo 26 14 5 7 59-33 475. Metallist 1925 26 12 9 5 31-15 456. Kolos 26 11 10 5 27-21 437. Krivbass 26 11 8 7 46-41 418. Zarya 26 10 8 8 37-33 389. Karpatı 26 9 10 7 35-26 3710. Veres 26 7 9 10 25-34 3011. Episentr 26 7 5 14 30-40 2612. Obolon 25 5 9 11 20-43 2413. Kudrovka 26 5 7 14 27-43 2214. Rux 26 6 2 18 18-44 2015. Aleksandriya 25 2 7 16 18-49 1316. Poltava 26 2 6 18 23-66 12Bombardirlər: Ponomarenko (Dinamo) - 12, Budkovski (Zarya), Mendosa (Krivbass) - 10.Növbəti turun oyunları mayın 8-10-u aralığında keçiriləcək: Krivbass – Karpatı, Rux – Veres, Kolos – Kudrovka, LNZ – Dinamo, Obolon – Episentr, Poltava – Şaxtyor, Polesye – Aleksandriya, Zarya – Metallist 1925.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
icma.az

2Mənbələr