AZ

Nazir: “Bu müsabiqə düşünən və araşdıran gənclər yetişdirir”

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Gənclərin tariximizi öyrənməsi və müasir biliklərə yiyələnməsi dövlət üçün xüsusi əhəmiyyət daşıyır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, bu cür müsabiqələr məktəblilərin araşdırma, təqdimat və çıxış bacarıqlarının inkişafına mühüm töhfə verir. Onun sözlərinə görə, şagirdlərin həm milli dəyərləri öyrənməsi, həm də müasir dünyaya uyğun bilik və bacarıqlar qazanması vacibdir.

Emin Əmrullayev qeyd edib ki, müsabiqənin uzun illərdir davam etdirilməsi gənclərin maariflənməsi və vətənpərvər ruhda yetişməsi baxımından mühüm rol oynayır.

Nazir əlavə edib ki, təhsil yalnız bilik əldə etmək deyil, eyni zamanda düşünməyi, araşdırma aparmağı və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmağı da ehtiva edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr