AZ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bişkekdə tədbir keçirilmişdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfirlik tərəfindən Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 nömrəli gimnaziyada tədbir keçirilmişdir.

 

Tədbir səfir Lətif Qəndilovun, səfirlik əməkdaşlarının və məktəb kollektivinin məktəbin foyesində ucaldılmış Heydər Əliyevin büstü önünə gül dəstələri qoyması ilə başlamışdır. 

 

Sonra məktəb şagirdlərinin çəkdikləri rəsmlərdən ibarət "Azərbaycan mənim dostumdur" mövzusunda rəsm sərgisi nümayiş etdirilmişdir. Nümayiş olunan rəsmlərdə məktəb şagirdləri Azərbaycan ilə Qırğızıstan arasında dostluq münasibətlərini özünəməxsus şəkildə təsvir etmişlər. 

 

Səfir və səfirliyin əməkdaşları məktəbin 5-ci və 7-ci siniflərində "Heydər Əliyev” və "Lider kimdir?” mövzuslarında təşkil olunan açıq dərslərdə iştirak etmişlər. 

 

Daha sonra gimnaziyanın şagirdlərinin iştirakı ilə Ümumilli Lider Heydər Əliyevin ad gününə həsr olunmuş musiqili-bədii konsert keçirilmişdir. 

 

Məktəbin direktoru Kanıkey Alımkılova bildirmişdir ki, Heydər Əliyevin doğum günü bu məktəbdə xüsusi bir gündür. Məktəbin müəllim və şagirdləri bu günə xüsusi hazırlaşır, bu günlərdə H.Əliyevə və Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş dərs saatları, viktorinalar, rəsm sərgiləri təşkil olunur, şagirdlər şeirlər, mahnılar və milli rəqslər hazırlayırlar. O qeyd etmişdir ki, bütün bunlar şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərir və məktəbin şagirdləri Heydər Əliyevin xarakter və xüsusiyyətlərini öyrənərək özlərini ona oxşatmağa çalışırlar. Sonra səfir L.Qəndilov  çıxış edərək Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin həyat yolu barədə şagirdlər geniş məlumat vermişdir. 

 

O, məktəbdə təşkil olunmuş rəsm sərgisini və "Lider kimdir?” mövzusunda keçirilən açıq dərsi yüksək qiymətləndirərək Heydər Əliyevin liderlik keyfiyyətləri, vətən sevgisi, uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğı barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Səfir məktəb kollektivi və şagirdlər tərəfindən Heydər Əliyevin xatirəsinin ehtiramla yad olunmasına görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu, xalqlarımız arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsidir.

Tədbir məktəblilərin ifasında rəqs, mahnı və hər iki dildə oxunan şeirlərlə davam etmişdir.

Tədbirdə səfirliyin əməkdaşları, Qırğızıstan-Azərbaycan dostluq cəmiyyətinin sədri Akif Alaferdov və başqaları iştirak etmişlər.

Qeyd olunan tədbir Qırğızıstanın «Вечерный Бишкек» qəzetində  və CBC TV-də  geniş şəkildə işıqlandırılmışdır.

Seçilən
14
1
ulusum.az

2Mənbələr