AZ

Göbələkdən zəhərlənən 1 nəfər ölüb

Vyetnamda yabanı göbələklə hazırlanan şorbanı içən 6 nəfər zəhərlənib. Day.Az yerli mediaya istinadən xəbər verir ki, hadisə Son La əyalətində baş verib.  Hadisədən sonra qarın ağrısı, qusma və ishal əlamətləri müşahidə olunub.

Xəstəxanaya yerləşdirilənlərdən bir qadın həyatını itirib, 5 nəfərin müalicəsi davam edir. Onlardan 4-ü Hanoyda reanimasiyadadır.

Səhiyyə rəsmiləri zəhərlənməyə yüksək istilikdə belə təsirini itirməyən "amatoksin" maddəsi daşıyan ağ göbələklərin səbəb olduğunu ehtimal edir.

Seçilən
27
day.az

1Mənbələr