AZ

Barış Manço ilə eyni səhnəni paylaşan sənətçinin cəsədi tapıldı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əfsanəvi türk rok qrupu "Kurtalan Ekspres"in keçmiş üzvü, mərhum sənətçi Barış Manço ilə uzun illər eyni səhnəni paylaşan musiqiçi Hüseyin Cebeci Bodrumdakı evində ölü tapılıb.

Axşam.az xəbər verir ki, hadisə Bodrumun Ortakent Müsgebi məhəlləsində qeydə alınıb. 59 yaşlı sənətçidən iki gündür xəbər ala bilməyən yaxınları axşam saatlarında onun yaşadığı evə gediblər. Mənzilə daxil olan dostları Hüseyn Cebecini sinəsindən ov tüfəngi ilə vurulmuş vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları sənətçinin həyatını itirdiyini təsdiqləyiblər. Bodrum Baş Prokurorluğu faktla bağlı araşdırmaya başlayıb. İlkin ehtimallara görə, Hüseyn Cebeci intihar edib. Ölümün dəqiq səbəbi Muğla Məhkəmə Tibbi Ekspertiza Qurumunda aparılacaq müayinədən sonra bəlli olacaq.

Yaxın çevrəsindən əldə edilən məlumata görə, sənətçi son dövrlərdə həm xərçəngdən müalicəsi alır, həm də ciddi maddi çətinliklər yaşayırdı. 

Məlumata görə, sənətçi vəfatından qısa müddət əvvəl Bodrum Herodot Mədəniyyət Mərkəzində keçirilməsi planlaşdırılan konsert proqramı üçün hazırlıq işləri aparırmış.

Qeyd edək ki, Hüseyn Cebeci türk rok və Anadolu rok musiqisinin tanınmış simalarından biri olub. O, gənclik illərində Barış Mançonun komandasında yer alaraq Türkiyənin müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
axsam.az

2Mənbələr