AZ

Avropa süni intellekt qaydalarını yumşaldır

Avropa İttifaqı ölkələri və Avropa Parlamenti süni intellektlə bağlı qaydaların bir hissəsinin yumşaldılması və tətbiqinin təxirə salınması barədə razılığa gəlib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, yüksək riskli süni intellekt sistemləri üçün 2026-cı ilin avqustunda qüvvəyə minməsi planlaşdırılan qaydalar 2027-ci ilin dekabrına qədər ertələnib.

Bəzi sektorlarda artıq ayrıca tənzimlənən sistemlər isə qanunun əhatəsindən çıxarılıb.

Aİ bildirir ki, dəyişikliklərin məqsədi Avropa şirkətlərinin ABŞ və Asiya rəqibləri ilə rəqabət imkanlarını artırmaqdır. Buna baxmayaraq, qanun hələ də dünyada ən sərt süni intellekt qaydaları hesab olunur.

 
Seçilən
18
day.az

1Mənbələr