Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tabeliyində olan “AzInTelecom" MMC-nin "Çağrı Mərkəzi" və "Azercell" MMC-nin "Çağrı Mərkəzi" birləşdirilib.
Bu barədə “APA-Economics”in əldə etdiyi məlumat "AzInTelecom"dan təsdiqlənib.Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, müştəri təcrübəsinin və əməliyyat səmərəliliyinin artırılması fəaliyyətimizin prioritet istiqamətlərindəndir:
“Bu çərçivədə çağrı mərkəzi əməliyyatlarının dəyərləndirilməsi və effektivliyinin artırılması məqsədəuyğun hesab olunur.
Bu yanaşma vahid xidmət standartlarının tətbiqinə, ümumi təcrübənin paylaşılmasına, eləcə də müştərilərə daha çevik, ardıcıl və keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.
Qeyd edək ki, AZCON Holding-ə daxil olan şirkətlərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərməsi, onların rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılması əsas məqsədlər sırasındadır. Bu baxımdan Holdinq daxilində formalaşmış qabaqcıl təcrübənin daha geniş miqyasda tətbiqi nəzərdə tutulur”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.