AZ

Zibillikdə başlayan dava məhkəmədə bitdi Masallıda usta cəzalandırıldı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Masallı rayonunda 54 yaşlı kişi həmyerlisinə xəsarət yetirməkdə ittiham edilib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı şəhəri, Z.Əliyeva küçəsində baş verib. 1972-ci il təvəllüdlü Tərlan həmin küçədə yerləşən avtomobil yolunun kənarında Əlinin (adlar şərtidir – red.) zibillik sahəni qarışdırdığı üçün ona irad bildirməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı ona yumruqla bir neçə dəfə vurub.İş üzrə izahat verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avtomobil təmiri ustasıdır: “Məlum hadisə günü müştəri olmadığına görə, həmdə hava küləkli olduğu üçün işlədiyim yerdən çıxdım, məhəllədə gəzməyə başladım. Hadisə baş vermiş yer yaşadığım evin yaxınlıında yerləşir. Məhəllədə gəzərkən həmin yerə çatdığım zaman ərazinin traktor vasitəsi ilə hamarlandığını gördüm. Əvvəllər həmin ərazi zibillik olub, insanlar tərəfindən zibil tökülüb. Eləcədə həmin əraziyə köhnəlmiş avtomobil ehtiyat hissələri atılıb. Usta olduğum üçün işimə yararlı ola biləcək lazımı şeyləri oradan götürdüm və daha sonra təmir etdim. Həmin vaxt orada heç kim olmayıb. Həmin ərazidə torpağı eşələməyə başladım. Birdə kiminsə məni çağırdığını eşitdim. Baxdığım zaman bir nəfər şəxsin mənə nəsə dediyini gördüm. İlk öncə həmin şəxsin ərazinin sahibi olduğunu düşündüm. Qulaqlarım yaxşı eşitmir. Həmin şəxs əli ilə işarə edərək məni çağırdı. Mən də həmin şəxsə yaxınlaşdım. O, mənə “sən burda nə edirsən” dedi. Mən də cavabımda yerdən dəmir parçası, qırıntısı götürdüyümü dedim”.Təqsirləndirilən şəxs deyib ki, söhbət zamanı həmin şəxsdən ərazinin onun olub-olmamasını soruşub: “Lakin şəxs sözdən yayındı və cavab vermədi. Söhbət etdiyimiz zaman həmin şəxs qəflətən bir dəfə yumruqla üz nahiyəmdən vurdu. Həmin vaxt onun  əlinin içində nəsə olub. Kimi isə vurmaq niyyətim olmayıb. Mən də əsəbləşdim və özümü müdafiə etmək üçün ona əl atdım. Həmin vaxt bir yumruqla onu vurdum. Bundan sonra özümüzü saxlaya bilməyərək ikimiz də yerə dəydik. Əlinin yerdən qalxaraq yenə də mənə hücum çəkdiyini gördüm. Mən onun əlindən çıxaraq qaçdım. Qaçdığım zaman həmin şəxsin arxamca gəldiyini gördüm. Bir iki dəfə fırlandıqdan sonra həmin şəxs daha ardımca gəlmədi. Ancaq arxadan mənə nalayiq sözlər dedi”. İş üzrə zərərçəkmiş Əli ifadəsində göstərib ki, həyat yoldaşı qan təzyiqi və şəkər xəstəsidir: “Fəhlə bazarından yaşadığım evə gəldiyim zaman arvadım qan təzyiqin qalxdığını dedi, dərman almağımı söylədi. Mən də evdə nahar etdikdən sonra dərman almağa getdim. Mən məlum hadisə baş verən ərazidən keçdiyim zaman həmin ərazidə heç kim olmayıb. Qayıdan zaman isə Tərlanı orada gördüm. Ona heç bir söz demədim. Tərlan isə məni  çağıraraq “bura gəl, bura gəl” dedi və mənə nalayiq sözlər işlətdi. O, “sən beləsən, o dəfə sən məni belə elədin, sənə göstərəcəm” dedi. Həmin şəxsə yaxınlaşdım ki, mələsini aydınlaşdırım, görüm o, nə deyir. Yaxınlaşdıqdan sonra Tərlan bir dəfə yumruqla məni vurdu. Yumruq sol gözümdən dəydi. Mən özümü itirərək yerə yıxıldım. Bu zaman o, bir dəfədə məni vurdu, təpik və ya yumruqla olduğunu bilməmişəm. Lakin zərbə burnumdan dəydi və burnumda güclü qan axmağa başladı. Bundan sonra Tərlanın qarşısından qaçdı. Heç bir şey tapa bilmədim və əyilərək yerdən ot götürdüm, burnuma tutdum. Bu zaman Tərlan məni döyməyə davam etdi. Məəttəl qaldım ki, məni nə səbəbə döyür, axı məni onu tanımıram”.Masallı Rayon Məhkəməsinin hökmü ilə Tərlan 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Masallı rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
demokrat.az

1Mənbələr