ain.az bildirir, Baku.ws portalına istinadən.
2026-cı il mayın 1-nə olan vəziyyət üzrə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3.5% artaraq 60 431-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, həmin tarixədək aktiv vergi ödəyicilərinin sayı 2.1% artaraq 877 368 təşkil edib.
Həmçinin aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayında da artım olub. Belə ki, bu göstərici 3.3% yüksələrək 240 528 olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.