AZ

Gözəlbəyli CEV-in iclasına qatıldı

Avropa Voleybol Konfederasiyasının (CEV) Maliyyə Komissiyasının növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, Lüksemburqda baş tutan toplantıda CEV Maliyyə Komissiyasının üzvü, Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli iştirak edib.

Toplantıda CEV-in cari il üzrə fəaliyyət planı, maliyyə siyasətinin əsas istiqamətləri, eləcə də beynəlxalq turnir və yarışların maliyyələşdirilməsi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Xüsusilə, yarışların təşkilinə ayrılan büdcə, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli idarə olunması kimi vacib mövzular gündəlikdə yer alıb.

Görüş zamanı 2025-ci il ərzində keçirilmiş yarışların maliyyə nəticələri təhlil olunub, qarşıdakı dövr üçün planlaşdırılan turnirlərlə bağlı maliyyə mexanizmləri və büdcə planlaması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, maliyyə hesabatlılığının şəffaflığının artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.

Seçilən
25
fanat.az

1Mənbələr