ain.az, Ayna portalına istinadən məlumat yayır.
“Varşavada Ermənistan səfirliyində hərbi attaşe ofisinin açılması da planlaşdırılır”
Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamış Ermənistanın müdafiə naziri Suren Papikyanla danışıqlar aparıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Polşa Müdafiə Nazirliyinin məlumatına görə, "sabitlik, təhlükəsizlik və əməkdaşlığa maraq göstərən ölkələr bizim dialoq tərəfdaşlarımızdır”.
“Buna görə də biz birgə hərbi təlimlərdə, hərbi akademiyalar arasında əməkdaşlıqda və Polşa ilə Ermənistanın müdafiə sənayesi arasında təcrübə mübadiləsində maraqlıyıq. Bu gün mən bunu müdafiə naziri Suren Papikyanla müzakirə etdim", - deyə Kosiniak-Kamış danışıqların nəticələrini şərh edib.
O əlavə edib ki, Varşavada Ermənistan səfirliyində hərbi attaşe ofisinin açılması da planlaşdırılır: "Bugünkü dünyada təhlükəsizlik təkcə hərbi güclə deyil, həm də regionun gələcəyini strateji baxımdan düşünən ölkələr arasında məsuliyyətli tərəfdaşlıq şəbəkəsi və uzunmüddətli əməkdaşlıqla qurulur".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.