AZ

ITFC: Bu günədək Azərbaycanda 103 milyon dollarlıq maliyyələşdirmə həyata keçirilib

Bakı, 7 may, AZƏRTAC

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) bu günədək Azərbaycanda 103 milyon dollar məbləğində maliyyələşdirmə həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ITFC-in Əlaqələrin idarə olunması və Ticarət Maliyyəsi Departamentinin baş meneceri Hojamurod Hojaev İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına hazırlıqlar çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda Özəl Sektor üzrə Təqdimatında deyib.

“Hazırda Azərbaycanda iki aktiv tərəfdaşımız var - "Rabitəbank" və "TuranBank". Hər bir banka 10 milyon dollar məbləğində vəsait ayrılıb. Bu vəsaitlər Azərbaycandakı KOB-lara fondlaşdırılmış və fondlaşdırılmamış ticarət maliyyəsi həlləri təklif etmək üçün nəzərdə tutulub”, - deyə Hojamurod Hojaev bildirib.

Fotoqraf - Azər İbrahimov

Seçilən
17
azertag.az

1Mənbələr