AZ

Rusiya səfirliyi Norveçdə əsgər abidəsinin təhqir edilməsini pisləyib

Rusiyanın Oslodakı səfirliyi Norveç Xarici İşlər Nazirliyinə mart ayında baş verən sovet əsgərlərinin abidəsinin vandalizmini pisləyən nota göndərib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyindən bildirilib.

1944-cü ilin oktyabrında Norveçin şimalındakı Neyden kəndini azad edərkən həlak olan sovet əsgərlərinin abidəsi martın əvvəlində naməlum şəxslər tərəfindən təhqir edilib.

"Səfirlik Norveç Xarici İşlər Nazirliyinə vandalizm aktını qətiyyətlə pisləyən və hüquq-mühafizə orqanlarının günahkarları tapmaq və cəzalandırmaq üçün təcili tədbirlər görməsini tələb edən nota göndərib", - səfirlik bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr