AZ

ABŞ və İran dəniz blokadasının yumşaldılmasına razılıq veriblə

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran və ABŞ, Hörmüz boğazında gəmiçiliyin tədricən bərpa olunması müqabilində İranın dəniz blokadasının yumşaldılmasına dair razılıq əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.

"Hörmüz boğazının tədricən açılması müqabilində blokadanın yumşaldılması ilə bağlı razılıqlar əldə olunub", — deyə telekanalın həmsöhbətləri iddia edirlər. Onların məlumatına görə, hazırda bu məsələ ilə bağlı intensiv təmaslar aparılır və "yaxın saatlarda boğazda ilişib qalmış gəmilərin problemi ilə bağlı irəliləyiş gözlənilir".

Bununla belə, "Al Arabiya"nın mənbələri dəqiqləşdirib ki, "hazırda iranlılar və amerikalılar arasında birbaşa görüşlərin keçirilməsinə dair heç bir razılaşma yoxdur", təmaslar vasitəçilər vasitəsilə həyata keçirilməyə davam edir. Mənbələrin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp həmçinin İran tərəfindən deeskalasiya (gərginliyin azaldılması) ilə bağlı Amerika təklifinə mümkün qədər tez cavab verilməsini xahiş edib. "Al Arabiya" qeyd edir ki, danışıqlar prosesi maneəsiz gedir və "İran artıq bu gün öz cavabını pakistanlı vasitəçilərə çatdıra bilər".

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
36
icma.az

10Mənbələr