AZ

Yay gəlmədən rekord istilər gəldi

Aprel-may aylarında Kanada və İspaniyada iqlim dəyişikliyi səbəbindən rekord istilər qeydə alınıb.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, meteoroloqlar bu yay El Nino effekti səbəbindən rekord istilər barədə xəbərdarlıq ediblər.

Məlumata görə, Vankuverdə qeydə alınan ən yüksək temperatur 1898-ci ildə 22,2 dərəcə olub ki, bu rəqəm hazırda 23,9 dərəcəyə çatıb. Bildirilib ki, ötən həftə sonu ən az 24 bölgədə temperatur rekordları aşıb, bəzi bölgələrdə isə temperatur 30 dərəcədən yuxarı qalxıb.

Havanın temperaturu mövsümi normalardan yuxarı qalxdığı üçün kondisioner və ventilyatorlardan istifadənin artması enerji tələbatının artmasına da səbəb olub.

Enerji şirkəti “BC Hydro”nun məlumatına görə, bölgədə elektrik istehlakı may ayında indiyə qədər qeydə alınan ən yüksək səviyyəyə çataraq təxminən 7600 meqavata çatıb. Səlahiyyətlilər isti və quru hava şəraitinin meşə yanğınları riskini artırdığı barədə də xəbərdarlıq edib.

Seçilən
64
publika.az

1Mənbələr