AZ

Bacısının öldüyünü sübut edə bilmək üçün Hindistanlı adam bu yola əl atıb

Hindistanda bir kişi mərhum bacısının hesabındakı pulu çıxara bilmədiyi üçün onun qalıqlarını banka aparıb.

Bu barədə Day.Az "The Guardian"-a istinadən xəbər verir. 

Belə ki, bank ölüm şəhadətnaməsi tələb etdiyi üçün kişi etiraz olaraq bu addımı atdığını bildirib.

Məlumata görə, kişi bacısının hesabında qalan təxminən 200 dolları götürmək istəyib, lakin sənəd olmadığı üçün müraciəti dəfələrlə rədd edilib.

Hadisə ölkədə böyük rezonans doğurub. Daha sonra ölüm şəhadətnaməsi təqdim edilib və vəsait ailəyə verilib.

Seçilən
54
day.az

1Mənbələr