Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada parada getməyəcək.
Ermənistan mediasının xəbərinə görə, o, bu barədə bu gün jurnalistlərə bildirib.
Paşinyan seçkiqabağı kampaniyaya görə, mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini bildirib.
Baş nazir hələ aprelin 1-də bununla bağlı Rusiya Prezidenti Vladimir Putini məlumatlandırdığını qeyd edib.