ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb.
O bildirib ki, seçkiqabağı kampaniya səbəbindən parada qatılmayacaq.
Paşinyan həmçinin əlavə edib ki, aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu bu barədə məlumatlandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.