AZ

Rusiyanın düşməni Ermənistanla hərbi təlimlər keçirmək istəyir

Polşa Ermənistanla hərbi təlimlər keçirmək istəyir. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyanın Varşavaya səfəri zamanı məlumat verilib.

Publika.az xəbər verir ki, Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış erməni həmkarı ilə danışıqlardan sonra birgə hərbi təlimlərdə, hərbi akademiyalar arasında əməkdaşlıqda və ölkələrin müdafiə sənayesi arasında təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib.

O, həmçinin Varşavada Ermənistan səfirliyində hərbi attaşe ofisi açmaq planlarını açıqlayıb.

Hərbi universitetlər arasında əməkdaşlıq və müdafiə sənayesi müəssisələri arasında təcrübə mübadiləsi də müzakirə olunub.

Seçilən
33
publika.az

1Mənbələr