AZ

ABŞ Yaxın Şərqdəki qoşun sayını 50 minə çatdırdı – NYT


İranla münaqişə fonunda fevral ayından bəri ABŞ Yaxın Şərqdəki bazalarındakı qoşun kontingentini təxminən 10 000 nəfər artıraraq, 50 000-ə çatdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40 000 Amerika hərbçisi yerləşdirilib. Hazırda bu bazalardakı ABŞ hərbçilərinin sayı 50 000-i keçib.
Qəzetin qeyd etdiyi kimi, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətindədir.
Seçilən
0
1
yeniavaz.com

3Mənbələr