AZ

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Sabirabad rayonunda "TikTok" sosial şəbəkəsində əxlaqsız ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.

Avtosfer.az xəbər verir ki, rayon sakini, 43 yaşlı Rövşən Hüseynov sosial şəbəkədə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən paylaşımlar edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində o, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.

R.Hüseynov ifadəsində əməlindən peşman olduğunu bildirib. O, 3-cü qrup əlil olduğunu nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
3
avtosfer.az

4Mənbələr