AZ

Ali Koç Fənərbağça ilə bağlı qərar verdi: Prezidentliyə qayıdacaq?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Fənərbağça"da növbədənkənar seçkiyə hazırlıq davam edərkən namizədlər aydınlaşmağa başlayıb və Ali Koçun namizədliyi ilə bağlı son qərarı verdiyi iddia olunub.Demokrat.az xəbər verir ki, Aziz Yıldırımın yenidən namizəd olması ilə klubun keçmiş rəhbəri olan və ötən il vəzifəsini Sadəddin Sarana təhvil verən Ali Koç yenidən prosesin əsas fiqurlarından birinə çevrilib. Mehmet Ali Aydınların namizədliyi gündəmdə olduğu dövrdə seçkiyə qatılmağı düşünməyən Ali Koçun, Aziz Yıldırımın yenidən ortaya çıxmasından sonra ətrafı tərəfindən namizədliyə razı salınmağa çalışıldığı iddia edilir. Ancaq bu cəhdlərin nəticəsiz qaldığı və Koçun hazırkı mərhələdə namizəd olmağı planlaşdırmadığı bildirilir.Ali Koçun konkret bir şəxsi dəstəkləmədiyi, lakin keçmiş idarəçilərindən Hakan Safinin onun çevrəsinə daha yaxın mövqedə olduğu qeyd edilir.Mehmet Ali Aydınların “namizəd deyiləm” açıqlamasından sonra “şərtsiz və qeyd-şərtsiz namizədəm” deyən Hakan Safi mövqeyini dəyişməyib. Onun heç bir ittifaqa qoşulmadan seçkiyə təkbaşına qatılmaq niyyətində olduğu bildirilir. Safinin idarə heyətinin təxminən 90 faizini müəyyənləşdirdiyi, Futbol A.Ş. üzrə isə danışıqları davam etdirdiyi qeyd olunur.Növbədənkənar ümumi yığıncaqda namizəd olan Barış Göktürk isə yarışdan çəkildiyini açıqlayaraq Aziz Yıldırıma dəstək verdiyini bildirib.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
demokrat.az

1Mənbələr